449
Bu gün 28 Noyabr 2021, 16:47

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxdu?

Azərbaycanda koronavirus infeksiyasına 1 622 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 585 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 551 724 nəfər müalicə olunaraq sağalıb, 7 807 nəfər vəfat edib. 26 252 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 369, bu günə qədər isə ümumilikdə 5 521 070 test icra olunub.

Ötən gün 26 530 nəfər vaksinasiya olunub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 406 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 19 113 təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 486 650, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 074 275, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 559 863 nəfər təşkil edir.

Ümumilikdə isə 852 512 buster doza vurulub.

Xəbərlər