386
Bu gün 28 Noyabr 2021, 14:14

Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.

Bu barədə yerli KİV-lərə DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.

Zahidov bildirib ki, hadisə rayonun Şukürbəyli kəndində qeydə alınıb.

Hadisə zamanı Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Hər iki hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəbərlər