160
Bu gün 28 Noyabr 2021, 13:57

İlham Əliyev Azərbaycanın son 18 ildə əldə etdiyi nailiyyətlərdən danışıb

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ümumdaxili məhsul üç dəfədən çox artıb.

Bu barədə prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışında Azərbaycanın son 18 ildə əldə etdiyi nailiyyətlərdən danışarkən bildirib.

Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradıldığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

“Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumdaxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq.

Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir”, - deyə prezident İlham Əliyev vurğulayıb.

Xəbərlər