110
Bu gün 26 Noyabr 2021, 09:00

Azərbaycan XİN Rusiyaya başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib. Azərbaycan XİN-in tviter səhifəsində yer alan başsağlığında deyilir: 

“Rusiya xalqına, "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”.

Son məlumata əsasən cümə axşamı səhər saatlarında"Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində 52 nəfər həlak olub, xəsarət alanların sayı 57 nəfərə çatıb.

Xəbərlər