307
Bu gün 25 Noyabr 2021, 23:49

Rusiyada kömür mədənində baş vermiş qəzada 52 nəfər həlak oldu

Rusiyanın Kemerovo vilayətində kömür mədənində yanğın nəticəsində xilasedicilər də daxil olmaqla 52 nəfər həlak olub. Məlumatı “TASS” agentliyi Fövqəladə Hallar Nazirliyinə istinadla yayıb.

Yanğına kömür tozunun alışması səbəb olub. Yanğın 250 metr dərinlikdə başlayıb, ardınca tüstü ventilyasiya vasitəsilə bütün mədənə yayılıb. Fövqəladə hallar nazirliyinin verdiyi məlumata əsasən, hadisə baş verən zaman orada 285 nəfər olub, onlardan 239-u təxliyə olunub. 30 nəfərin taleyi məlum deyil. Mədəndə qalan işçilərin çıxarılması üçün xilasetmə əməliyyatı davam etdirilir.

Xəbərlər