283
Bu gün 25 Noyabr 2021, 16:35

Azərbaycanda sutka ərzində koronavirusa neçə nəfər yoluxdu?

Azərbaycanda koronavirusa 1 880 yeni yoluxma faktı qeydə alınıb, 1 835 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 580 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 545 035 nəfər müalicə olunaraq sağalıb, 7 736 nəfər vəfat edib, aktiv xəstə sayı 27 736 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 352, ötən müddət ərzində isə ümumilikdə 5 485 509 test aparılıb.

Ötən gün koronavirus əleyhinə 32 720 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 447, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 128 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 396 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 063 688, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 544 439, buster doza üzrə vaksinasiya olunanların sayı isə 787 910 təşkil edir.

Xəbərlər