1109
Bu gün 25 Oktyabr 2021, 00:19

Qubadlının işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 25 Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

Azərbaycan ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini azad edib və burada Azərbaycan bayrağını qaldırıb. Həmin gün prezident İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad etdiyini elan edib.

Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub.

Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.

Xəbərlər