1491
Bu gün 21 Oktyabr 2021, 18:06

İlham Əliyev Zəngilanda, avtomobilin radiosunda "Ey Vətən" mahnısını dinləyərkən...

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva prezident İlham Əliyevlə Şərqi Zəngəzur rayonunun işğaldan azad edilmiş Zəngilan rayonuna səfərindən yeni videogörüntülər yayıb.

Videogörüntülərdə İlham Əliyev və Mehriban Əliyeva prezidentin avtomobilindəki radiodan eşidilən “Ey Vətən” məşhur vətənpərvər mahnısını həssaslıqla və diqqətlə dinləyirlər.

İlham Əliyev  avtomobildən çıxaraq, Zəngilan rayonunda ilk tikilmiş kəndə baxır. Qazanılan qələbədən, Şərqi Zəngəzurun və yeni Qarabağın dirçəlişində quruculuqda yeni uğurlardan qürur hissi sevincini gizlədə bilməyən prezidenti bürüyür. İlham Əliyev maşından düşərək hamımıza tanış olan böyük qələbə əlaməti olan işarə nümayiş etdirir!..

Xəbərlər