197
Bu gün 13 Oktyabr 2021, 20:16

Hadrutda daha iki erməni hərbçisinin qalıqları tapılıb

Axtarış-xilasetmə qrupları Azərbaycan ordusunun azad etdiyi ərazilərdə ölən erməni hərbçilərinin qalıqlarının axtarışını davam etdirir.

Bu gün Hadrut rayonunda daha iki erməni hərbçinin cəsədi tapılıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra azad edilmiş ərazilərdə ümumilikdə 1683 erməni hərbçisinin cəsədi və qalıqları tapılıb.

virtualaz.org

Xəbərlər