166
Bu gün 28 Sentyabr 2021, 17:56

"Rosselxoznadzor"dan Azərbaycan almaları üçün "yaşıl işıq"

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") sentyabrın 30-dan etibarən Azərbaycanın daha beş müəssisəsinə Rusiyaya alma tədarük etməyə icazə verib. Qurumun yaydığı məlumata görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Beləliklə, hazırda ümumilikdə "Rosselxoznadzor" tərəfindən Azərbaycanın 70 alma istehsalı müəssisəsinə Rusiyaya məhsul ixracına icazə verilib.

Xəbərlər