275
Bu gün 28 Sentyabr 2021, 14:15

Kreml Ərdoğanla Putinin sabah baş tutacaq görüşü haqda

Kreml Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında sabah Soçidə baş tutacaq danışıqların gündəmi barədə rəsmi məlumat yayıb. Məlumatda deyilir: “Sentyabrın 29-da Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar keçiriləcək. Aktual beynəlxalq məsələlər, o cümlədən Suriya, Liviya, Əfqanıstan və Zaqafqaziyadakı (Cənubi Qafqaz,-red.) situasiyanın inkişafı barədə ətraflı fikir mübadiləsi aparılacaq”.

Habelə bildirilir ki, danışıqlarda Rusiya ilə Türkiyə arasında siyasi və ticari-iqtisadi sahələrdə tərəfdaşlığın müxtəlif aspektləri müzakirə olunacaq.

virtualaz.org

 

Xəbərlər