177
Bu gün 27 Sentyabr 2021, 00:31

ABŞ-da BMT binası qarşısında Anım Günü ilə bağlı aksiya keçirildi

Nyu-Yorkda və ABŞ-ın yaxın ştatlarında yaşayan Azərbaycan icması Birləşmiş Millətlər Təşkilatının (BMT) qarşısında 27 sentyabr Anım Günü ilə əlaqədar aksiya keçiriblər.

Aksiya zamanı https://freeusfromlandmines.com/ saytının təqdimatı keçirilib. Eyni zamanda, aksiya zamanı BMT-nin Azərbaycanın işğaldan azad olunan ərazilərində mina xəritələrinin verilməsi ilə bağlı Ermənistana təsir göstərməsi istənilib, eyni zamanda şəhidlər yad edilib. Amerikada doğulub-böyüyən gənclər, o cümlədən 11 yaşlı uşaqlar aksiya zamanı çıxış edərək Ermənistanın Azərbaycana qarşı törətdiyi vandalizmlə bağlı məlumat veriblər.

Xəbərlər