220
Bu gün 26 Sentyabr 2021, 18:31

“Texnofest-2021” festivalında hərbi təyyarəçilərimizin növbəti uçuşu böyük marağa səbəb oldu

Türkiyənin İstanbul şəhərində keçirilən “Texnofest-2021” festivalının son günündə hərbi təyyarəçimizin növbəti uçuşu nümayiş olunub.

Bu barədə Müdafiə Nazirliyi xəbər verir. 

Uçuşdan əvvəl Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi yad edilib, Azərbaycanın şanlı bayrağı dalğalandırılıb.
Hərbi təyyarəçimizin İstanbul səmasında çətin pilotaj manevrlərlə nümunəvi uçuşu aviaşounu izləyən qonaqların marağına səbəb olub.

Qeyd edək ki, Atatürk Beynəlxalq Hava limanında keçirilən “Texnofest-2021” aviasiya  , kosmos və texnologiyalar festivalının dördüncü ilində Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MİQ-29 döyüş təyyarələri müxtəlif günlərdə nümunəvi uçuşlar ediblər.

Xəbərlər