336
Bu gün 15 Sentyabr 2021, 18:35

COVİD-19: Azərbaycanda günün statistikası nə göstərir?

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Virtualaz.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 465 390 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 420 025 nəfər müalicə olunaraq sağalıb, 6 195 nəfər vəfat edib, aktiv xəstə sayı 39 170 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 972, ötən müddət ərzində isə ümumilikdə 4 690 082 test aparılıb.

Azərbaycanda son sutkada COVID-19 əleyhinə 65424 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21363, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44061 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7745851, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4551501, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3194350 təşkil edir.

Xəbərlər