253
Bu gün 15 Sentyabr 2021, 17:12

Təyyarə xarab oldu, xarici işlər naziri Mirzəyan Düşənbəyə uça bilmədi

Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan təyyarənin xarab olması səbəbindən Düşənbəyə uça və orada KTMT ölkələrinin xarici işlər nazirləri ilə təhlükəsizlik şuraları katiblərinin iclasında iştirak edə bilməyib. Bu haqda Ermənistan XİN-in mətbuat katibi Vahan Unanyan jurnalistlərə bildirib.

 Bundan əvvəl Rusiya XİN KTMT ölkələri xarici işlər nazirləri, təhlükəsizlik şuraları katibləri və müdafiə nazirlərinin Düşənbə toplantısından fotoları dərxc edib. Həmin fotoda Ermənistanın xarici işlər və müdafiə nazirləri yox idi.

XİN rəsmisi bildirib ki, nazir mülki sərnişin təyyarəsi ilə uçmalı idi, amma təyyarədə nasazlıq yaranıb. O, digər təfərrüatları açıqlamayıb.

Müdafiə naziri Arşat Karapetyan isə anası öldüyü üçün Düşənbəyə gedə bilməyib.

virtualaz.org

Xəbərlər