504
Bu gün 2 Avqust 2021, 16:19

Qarabağda erməni hərbçisi özünü partladıb

16:19

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsindəki Ermənistan ordusunun hərbçisi Parqev Markaryanın üstündəki qumbara ilə özünü partladaraq öldürdüyü ehtimal olunur. Virtualaz.org “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, onun meyiti dislokasiya yerindən 1,5 km aralıda sağ biləyi qopmuş, döş və qarın boşluğu yaralanmış halda tapılıb.

İstintaqın versiyasına görə, o, bütün xəsarətləri qumbaranın partlaması nəticəsində alıb.

***

14:35

Qarabağda aparılan axtarışlar nəticəsində erməni hərbi qulluqçu Parkev Markaryanın meyiti tapılıb.

Virtualaz.org-un məlumatına görə, P. Markaryanın meyitinin xidmət etdiyi hərbi hissədən 2.5 km kənarda tapıldığı xəbər verilir.

1998-ci il təvəllüdlü P. Markaryanın hərbi hissəni qeyri-müəyyən şəraitdə tərk etdiyi bildirilir.

Onun nə vaxt itkin düşdüyü açıqlanmır.

Xəbərlər