152
Bu gün 31 İyul 2021, 10:09

"Tokio-2020": Boksçumuz Cavid Çələbiyev mübarizəni dayandırıb

Azərbaycan boksçusu Cavid Çələbiyev "Tokio-2020" Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. 63 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz səkkizdəbir final mərhələsi çərçivəsində ermənistanlı Hovhannes Baçkov ilə qarşılaşıb. Rəqibinə 1:4 hesabı ilə məğlub edən C.Çələbiyev Olimpiadanı medalsız başa vurub.

Boks millimizin digər üzvü Alfonso Dominges (81 kq) Olimpiadanın yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc medalı təmin edib.

Azərbaycan komandasının aktivində 1 medal var. Belə ki, qadın cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) Tokio Olimpiadasında bürünc medala sahib olub.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Xəbərlər