253
Bu gün 31 İyul 2021, 09:48

Türkiyəyə köməyə gedən Azərbaycan yanğınsöndürənlərinin ilk dəstəsi Muğlaya çatdı

Türkiyə yanğınsöndürənləri ölkədə davam edən meşə yanğınlarının 85 ocağından 74-ü lokallaşdırmağa nail olub. Bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli tvitterdəki hesabında bildirib. "Qəhrəmanlar böyük fədakarlıqla havadan və yerdən yanğınları söndürürlər. Biz sizə dəstəyinizə görə minnətdarıq. 2021-ci il iyulun 28-dən 30-dək olan dövrdə 85 meşə yanğınından 74-ü nəzarət altına alınıb", - nazir yazıb.

Nazirin paylaşdığı cədvələ əsasən, hazırda yanğınlar Adana, Antalya, Mersin, Muğla və Osmaniyə əyalətlərində davam edir.

Azərbaycandan köməyə gedən yanğınsöndürənlərin və xilasedicilərin ilk dəstəsi isə (105 nəfər) ötən axşam Muğlaya çatıb. FHN-nin təyyarələri ilə Muğlanın Dalaman aeroportuna çatdırılan dəstə daha sonra avtobuslarla yanğın bölgələrinə aparılıb. Azərbaycan prezident İlham Əliyevin göstərişi ilə Türkiyəyə yanğınsöndürən təyyarə və vertolyotlar, o cümlədən 500 nəfərlik xilasedici dəstəsi göndərəcəyini açıqlamışdı.

virtualaz.org 

Xəbərlər