206
Bu gün 31 İyul 2021, 00:18

Azərbaycandan neçə istehsalçının Rusiyaya pomidor ixrac etmək icazəsi var?

“Rosselxoznadzor" tərəfindən 3 avqust 2021-ci il tarixindən  Azərbaycanda daha  34 pomidor istehsalı müəssisəsinə və 1 kooperativə (kooperativə 8 müəssisə daxildir) Rusiyaya pomidor ixracı etmək üçün icazə verilib. Bu barədə Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi bildirir. 

Məlumata əsasən bu günə qədər ümumilikdə "Rosselxoznadzor" tərəfindən  Azərbaycanın 187 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 329 729 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184,5 faizini təşkil edir.

Xəbərlər