201
Bu gün 30 İyul 2021, 22:35

Pirşağı tərəfdə 33 yaşlı gənc dənizdə boğuldu

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Bir neçə saatlıq axtarışlardan sonra dənizdə batan şəxsin- Xankişiyev Xəyal Bəymirzə oğlunun  meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq "aidiyyəti üzrə" təhvil verilib.

Xəbərlər