737
Bu gün 21 İyul 2021, 22:52

Rusiyanın uzaq şərqində meşə yanğınları

Qeyri-adi isti və quru hava şəraiti Rusiyanın 11 bölgəsində meşə yanğınlarına səbəb olub. Nəticədə onlarla şəhər və kənd üzərində duman yaranıb. Rusiyanın Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, 208 fərqli yerdə baş verən yanğınlar nəticəsində uzaq şərq bölgəsi Yakutiyanın paytaxtı Yakutsk da daxil olmaqla, 107 şəhər və kənd qalın tüstüyə bürünüb. O həmçinin əlavə edir ki, yanğınla mübarizəyə 2100 şəxs və 297 texnika cəlb olunub.

Saxa Respublikası kimi də tanınan Yakutiyanın rəhbəri Aysen Nikolayev yanğınların əsasən iqlim dəyişikliyindən qaynaqlandığını deyir. 21 iyulda televiziya ilə verdiyi müsahibədə A.Nikolayev bölgənin "19-cu əsrin sonlarından bəri ən quraq və ən isti yay" ilə qarşılaşdığını bildirib: "İyun ayında respublikamızda orta istilik 20 dərəcədən çox idi, hansı ki normalda həmin dövürdə temperatur 15 dərəcə olurdu". Nikolayev əlavə edib ki, yağışların azalması da hazıki vəziyyətə təsir edib.

Bu arada ölkənin digər ucunda, Finlandiya ilə həmsərhəd olan qərbi Kareliya bölgəsində də fövqəladə vəziyyət elan edilib.  Regional rəsmilər hazırda Kareliyada 38 aktiv meşə yanğınının olduğunu və bunlardan 15-nin nəzarətə alındığını bildirir. Bölgədən 600-ə yaxın insan təxliyə olunub.

Xəbərlər