339
Bu gün 21 İyul 2021, 17:16

Qubada oğul atasını avtomobillə vurub öldürdü

Qubada bədbəxt hadisə nəticəsində oğlu atasını öldürüb.  hadisə rayonun Paşaoba kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi "Ford" markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub. Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb. (Report)

Xəbərlər