1603
Bu gün 20 İyul 2021, 18:07

Sərkisyanın aprel döyüşlərindən sonra işdən qovduğu generalı Paşinyan müdafiə naziri vəzifəsinə gətirir

18.32

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Baş qərargah rəisinin birinci müavini, general Arşak Karapetyanı müdafiə nazirinin birinci müavini vəzifəsinə təyib edilib. O, indi müdafiə nazirinin səlahiyyətlərini də icra edəcək, çünki Vaqarşak Arutyunyan bu gün müdafiə naziri postundan istefa verib.

 Karapetyan bu ilin aprelində Baş qərargah rəisinin birinci müavini təyin edilmişdi. O vaxta qədər isə Paşinyanın hərbi məsələlər üzrə müşaviri olub. Arşak Karapetyan 2016-cı il aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələri Baş qərargahının kəşfiyyat idarəsinin rəsi idi. Həmin döyüşlərdən sonra o zamankı prezident Serj Sərkisyan Karapetyanı Müdafiə Nazirliyinin digər rəhbərliyi ilə birlikdə vəzifədən azad etdi. Çünki Karapetyanın idarəsinin fəaliyyəti faktiki iflasa uğramışdı və hesab edilirdi ki, kəşfiyyat Azərbaycan qoşunlarının əks-zərbə əməliyyatına hazırlaşmasından xəbər tutmayıb. 

***

Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Bu barədə “İnterfaks”a Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, Vaqarşak Arutyunyan artıq nazirlikdə vida görüşü keçirib. Onun vəzifədən azad edilməsi haqda rəsmi sərəncam hələlik dərc edilməyib. Vaqarşak Arutyunyanın istefa verəcəyi haqda xəbərlər çoxdandır dolaşırdı. O, Ermənistanın Qarabağ müharibəsində məğlub olmasının ardınca müdafiə naziri təyin edilmişdi. Arutyunyan ənənəvi olaraq Rusiyaya bağlı adam hesab edilir.

virtualaz.org

 

Xəbərlər