1640
Bu gün 18 İyun 2021, 17:34

Kəlbəcərdə göldə batan hərbçi zabitin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə aparılan axtarış işləri başa çatıb.

Bu barədə virtualaz.org-a FHN-dən məlumat veriblər.

Məlumata görə, axtarışda olan 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ.Fərzəliyev əslən Kəlbəcər rayonunun Tövlədərə kənd sakinidir. Onun ailəsi hazırda Gəncə şəhərində yaşayır, 8 yaşlı qızı var.

**09:44

Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Virtualaz.org bildirir ki, FHN-in "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

**19:00 (17.06.2021)

Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlu bu gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.

Virtualaz.org bildirir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbərlər