228
Bu gün 15 İyun 2021, 19:19

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyindəki birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, plana əsasən, şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib. Həmçinin konfranslar, dəyirmi masalar, viktorinalar eləcə də Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin və Gəncə Qarnizonun İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon mədəniyyət müəssisələri kollektivlərinin iştirakı ilə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.

Xəbərlər