208
Bu gün 14 İyun 2021, 22:44

Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn “Ford Cargo” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən virtualaz.org-a bildirilib ki, gömrük baxışı zamanı avtomobilin yük yerində, diri cücə yüklərinin arasında gömrük nəzarətindən gizlədilən 57 min 140 həb, 2254 ampula, 402 flakon, 20 ədəd gel, 10 ədəd sprey və 65 ədəd şüşə qablaşdırmada olan müxtəlif adda dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər