108
Bu gün 11 iyun — 20:49

Mərdəkanda döyüşə yararlı əl qumbarası aşkarlandı

Xəzər rayonunun Mərdəkan qəsəbəsində sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkarlanıb.

Sursat zərərsizləşdirilməsi üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

Xəbərlər