398
Bu gün 11 iyun — 17:50

Ermənistandan Rusiyaya gedən magistral yol bağlanır

Gürcüstanın Kveşeti-Kobi magistralında tikinti işləri çərçivəsində xüsusi texnikaların daşınması səbəbindən Rusiya ilə sərhədi istiqamətində bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin İnfrastruktur Nazirliyinin Yollar Departamentindən məlumat verilib.

Qeyd olunub ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars yolunun Handosxevi-Kobi hissəsi 11 iyun saat 23:00-dan 12 iyun 05:00-dək nəqliyyat üçün bağlanacaq.

Mtsxeta-Stepantsminda-Lars magistral yolu Rusiya Federasiyası ilə ortaq sərhədi olmayan Ermənistan da daxil olmaqla Rusiyaya gedən yeganə yoldur.

Xəbərlər