420
Bu gün 10 İyun 2021, 23:14

Qarabağda daha 4 erməni hərbçisinin cəsədi tapıldı

Qarabağdakı döyüşlər zamanı ölən daha 4 erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.

Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Cəsədlərin qalıqları Füzuli və Cəbrayıl rayonları ərazisində aşkarlanıb.

Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 567-yə çatıb.

Xəbərlər