270
Bu gün 12 may — 14:04

İsrailə tank əleyhinə raket atıldı

Qəzza zolağından atılan tank əleyhinə raketin İsraildə avtomobilə dəyməsi nəticəsində 2 nəfər yaralanıb, 1 nəfər ölüb. Bu barədə "Maqen David Adom" təcili yardım həkimləri Twitter-də məlumat yayıblar. Onların sözlərinə görə, yaralıların evakuasiyası üçün hadisə yerinə helikopter cəlb olunub.

Həkimlər raket zərbələri altında qurbanları həyatlarını riskə ataraq evakuasiya etməli olduqlarını bildiriblər.

Qeyd edək ki, bununla da İsraildə raket zərbəsindən ölənlərin sayı 6-ya çatıb.

Xəbərlər