1248
Bu gün 9 may — 18:14

Rüstəm Muradov Xankəndində parad keçirəsi olmadı, mitinq keçirdi

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bu gün mayın 9-da Qələbə bayramı münasibətilə Xankəndində parad keçirəcəyi haqda günlərdir yayılan xəbərlər özünü doğrultmayıb.

Virtualaz.org xəbər verir ki, Xankəndində parad yox, bayram münasibətilə təntənəli toplantı, mitinq olub. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, 450-dən çox sülhməramlı Xankəndinin mərkəzi meydanında təntənəli mitinqə toplaşıb və sülhməramlı qüvvələrin komandanı, general-leytenant Rüstəm Muradov hərbçilər qarşısında çıxış edib.

Təntənəli tədbir zamanı orijinalı 195-ci il mayın 1-də Reyxstaq üzərində qaldırılan Qələbə bayrağı meydana gətirilib. O cümlədən Rusiya müdafiə naziri Sergey Şoyqunun sülhməramlılara bayram videotəbriki nümayiş olunub. Mərasim zamanı 20-dən çox hərbi qulluqçu nümunəvi xidmətə görə mükafatlandırılıb. Daha sonra Rusiya Hava Kosmik Qüvvələrinin mahnı və rəqs ansamblının konserti olub.

Virtualaz.org

Xəbərlər