194
Bu gün 4 may — 19:37

Ermənistanda Baş Qərargah rəisinin müavini işdən çıxarıldı

Prezident Armen Sarkisyan Karen Abramyanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini vəzifəsindən azad edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

General-leytenant Abramyan 2020-ci ilin fevralına qədər Dağlıq Qarabağda mövcud olmuş separatçı rejimin “müdafiə naziri” postunu tutub. Həmin ilin iyun ayında Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini təyin edilmişdi.

Xəbərlər