476
Bu gün 4 may — 15:05

Müğənni Aslan Hüseynov yol qəzasında həlak oldu

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev jurnalistlərə bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb.

Onun sözlərinə görə, "BMW" markalı minik avtomobili ilə “KamAZ" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü,  müğənni Aslan Hüseynov aldığı xəsarətdən dünyasını dəyişib.

Xəbərlər