117
Bu gün 8 aprel — 11:00

İsmayıllıda avtomat güllələri tapılıb

İsmayıllı rayonu Keşqurd kəndi ərazisindəki otlaq sahəsində şübhəli bağlamaların olması barədə Polis Şöbəsinə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman 2 ədəd dəmir qutunun içərisində, paslanmış vəziyyətdə avtomat güllələri aşkar edilərək götürülüb və ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər