726
Bu gün 7 Aprel 2021, 18:51

Putin: Qarabağda vəziyyətin normallaşması ən aktual və kəskin problemdir

Qarabağda vəziyyətin normallaşması ən aktual və kəskin problemdir.

Virtualaz.org bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

O bildirib ki, ikitərəfli münasibətlərlə bağlı müzakirə olunmalı məsələlər var: "Bu həm ikitərəfli münasibətləri quruculuğuna və əlbəttə ki, ən aktual və ən kəskin problemlər olan Dağlıq Qarabağ və ətrafında vəziyyətin normallaşmasına aiddir".

**17:00

Moskvada işgüzar səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Bu barədə Ermənistan hökumət başçısının mətbuat katibi Mane Gevorkyan öz feysbuk hesabında məlumat verib.

***14:14

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb.

Bunu hökumət başçısının mətbuat katibi Mane Gevorkyan bildirib. Paşinyan səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Görüşdə iki ölkə arasındakı əlaqələr, o cümlədən Qarabağ ətrafındakı vəziyyət müzakirə olunacaq.

Xəbərlər