303
Bu gün 23 fevral — 09:27

Antalyada iki azərbaycanlı qadın AKP-yə üzv yazıldı

Antalyada yaşayan və Türkiyə vətəndaşlığı daşıyan iki azərbaycanlı qadın AKP-yə üzv yazılıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hakim partiyanın Antalya təşkilatının qərargahında təşkil edilən mərasimdə onlara AKP nişanını AKP-nin yerli təşkilatının rəhbəri İbrahim Ethem Taş taxıb. Azərbaycanlı qadınlarla yanaşı rusiyalı Gülmira Osman, polşalı Natella Kondakova və Krımdan Evelia Kadırkan da AKP-yə üzv olublar.

65 yaşlı Şəfəq Kutluel deyib ki, 20 il əvvəl Antalyaya gəlib və buranı çox sevib. “Türkiyənin hər yeri çox gözəldir. Rəcəb Tayyib Ərdoğanı çox sevirəm. Çoz gözəl liderdir. Azərbaycanın yanında olduğu üçün də çox məmnunam. Azərbaycana çox dəstək oldu. Qarabağ məsələsində də dəstək oldu. Onsuz da biz bir millət, iki dövlətik.  Hər zaman biz də yanınızdayıq. Partiyaya üzv olduğum üçün çox məmnunam, inşallah gözəl işlər görəcəyik”,-azərbaycanlı AKP üzvü deyib.

Digər azərbaycanlı qadın, 41 yaşlı Elvira Səmədova isə deyib ki, 21 ildir Türkiyədə fəaliyyət göstərir. “Onsuz da AKP-ni daha əvvəldən dəstəkləyirdim. Hörmətli başqanımız çox böyük liderdir. Ona güvənirik. O səbəbdən üzv oldum. Bir millət, iki dövlətik. Türkiyə Azərbaycana çox dəstək verdi. Bunu tarix sübut edib. Çox xoşbətəm”,-Elvira deyib.

Virtualaz.org

Xəbərlər