234
Bu gün 22 fevral — 23:52

Bakıda daha bir fəhlə ölümü

Fevralın 22-də saat 17 radələrində paytaxtın Nərimanov rayonu ərazisində inşaatı aparılan çoxmərtəbəli binada bir nəfərin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayonun hüquq-mühafizə orqanlarına məlumat daxil olıb.

Həmin orqanlardan virtualaz.org-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonu ərazisində “Təbriz” MTK tərəfindən inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar aparılan işlər zamanı orada fəhlə işləyən 1956-cı il təvəllüdlü Şahverdi Nurullayev həmin binanın 7-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbərlər