412
Bu gün 22 fevral — 20:15

Bakıda yollarda tıxac yaranmasına səbəb olan yanğın söndürüldü

Paytaxtın Yasamal rayonunda, 20 Yanvar dairəsinə yaxın ərazidə yerləşən binanın zirzəmisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə virtualaz.org-a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

**18:44

Həsən bəy Zərdabi küçəsində, metronun “20 Yanvar” stansiyası yaxınlığında yanğın baş verdiyindən hadisə yerinə yanğınsöndürmə avtomobilləri cəlb olunub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) virtualaz.org-a bildirilib ki, hazırda hadisə baş verən ərazidə - H.Zərdabi küçəsində hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən bu istiqamətdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında da gecikmələr yaranıb.

**17:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsinə yaxın ərazidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, binanın zirzəmisində taxta tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının sahəsinin genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

Xəbərlər