Paytaxtda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 50 m² olan taxta konstruksiyadan ibarət köşk və içərisində taxta tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.