425
Bu gün 29 noyabr — 21:56

Bakıda yeni tikilən kommersiya təyinatlı obyektdə güclü yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 2500 m² olan (hər mərtəbəsi 500 m²) beşmərtəbəli binanın (qeyri-yaşayış təyinatlı) üçüncü mərtəbəsində sahəsi 200 m² olan otağın yanar konstruksiyaları 150 m² sahədə və içərisində olan mətbəx ləvazimatları yanıb.

Virtualaz.org FHN-ə istinadən bildirir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub və alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

**17:52

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib.

Bu barədə virtualaz.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın təqribən 150 m² sahədə olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Xəbərlər