292
Bu gün 29 noyabr — 11:04

İsmayıllıya qar yağdı

İsmayıllı rayonunun dağ kəndlərinə qar yağıb.

Virtualaz.org-un məlumatına görə, bu gün səhər saatlarından başlayaraq Basqal və Lahıc qəsəbələrində, Tağlabiyan, Kəlfərəc, Mücü, Sulut, Xankəndi, Yuxarı Cülyan, Müdrü, Müdrüsə, Mulux, Nanıc, Vaşa, Daxar, Prirəqanım və Əhən kəndlərində qar yağıb.

Qarın hündürlüyü 5-10 sm olub.

Yerli sakinlərin sözlərinə görə, yağan qar heç bir fəsad törətməyib.

Xəbərlər