Bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yaşayış binalarının və sosial əhəmiyyətli obyektlərin bərpası üçün, tikinti materialları da daxil olmaqla, humanitar yük daşıyan ikinci maşın karvanı Dağlıq Qarabağa gəlib.
Virtualaz.org Nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, 30 ağır yük maşınlarında humanitar yardım kimi 300 ton yük gətirilib. Dəqiqləşdirilir ki, yükün bir hissəsi Şuşaya, bir hissəsi isə Xankəndinə göndərilib.
Xatırladaq ki, ilk humanitar yardım partiyası Qarabağa noyabrın 21-də gəlib.
Virtualaz.org