263
Bu gün 23 noyabr — 23:14

Teymur Rəcəbov Levon Aronyana qalib gəldi

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Champions Chess Tour turnirinin seriyasında birinci olan Skilling Open onlayn turnirində iştirak edir.

Virtualaz.org bildirir ki, yarışın 7-ci turunda şahmatçımız erməni qrossmeysteri Levon Aronyanla mübarizə aparıb. Şahmatçımız ağ fiqurlarla oynayıb və qələbə qazanıb. Bununla da T.Rəcəbov 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

Champions Chess Tour-un mükafat fondu 1,5 milyon dollardır. Skilling Open 100.000 dollar qarşılığında oynanır. Qalib 30 min dollar qazanacaq.

Xəbərlər