246
Bu gün 23 noyabr — 21:56

Ağdamda düşmən hərbçilərinin yerləşdiyi keçmiş məktəbdə Azərbaycan bayrağı qaldırıldı

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Gülablı kəndində yerləşən keçmiş orta məktəbdə üçrəngli dövlət bayrağımızı yüksəldiblər.

AzərTAc xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi məktəbin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

Sonra hərbçilərimiz Gülablı kənd orta məktəbinin qarşısında sıra düzülüşündə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dövlət Himni ifa olunub. “Qarabağ Azərbaycandır!” deyən döyüşçülər Azərbaycan bayrağını dalğalandırıblar.

 

Xəbərlər