567
Bu gün 22 noyabr — 23:24

Paşinyan anım mərasiminə çoxsaylı mühafizəçilərin əhatəsində gəldi

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Müqəddəs Eçmiədzin kilsəsində keçirilən anım mərasiminə xeyli sayda mühafizəçinin müşayiəti ilə gediblər.

Virtualaz.org bildirir ki, bu barədə “Novosti Armeniya” məlumat yayıb.

Bildirilir ki, Paşinyan və xanımı kilsənin ərazisinə girən kimi mühafizəçilər onun qapılarını bağlayıblar.

Qeyd edək ki, noyabrın 22-də Eçmiədzində Qarabağ müharibəsində həlak olmuş erməni əsgərlərinin anım mərasimi keçirilir.

Virtualaz.org

Xəbərlər