298
Bu gün 26 oktyabr — 21:48

Trampın açıqlamasının əksinə olaraq...

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Dağlıq Qarabağda atəşkəs rejiminə riayət edilir.

Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti yayıb.

"Ona riayət edilir. Atəşkəs rejiminə riayət edilir”, - deyə Prezident bəyan edib və jurnalistlər yazılarında onun bu sözlərini sitat gətirirlər.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri barışığın elanının birinci dəqiqələrindən Azərbaycanın yaşayış məntəqələrinə atəş açmağa başlayıblar. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Tvitter hesabında yazdığı kimi, "Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır".

Xəbərlər