247
Bu gün 18 oktyabr — 20:56

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqandırıldı

Oktyabrın 18-də Gürcüstanın paytaxtı Tbilisinin əsas simvollarından biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, televiziya qülləsi 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə bəzədilib.

Axşam saatlarından etibarən teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.

Tbilisi meriyasından bildirilib ki, Tbilisi teleqülləsi ənənəvi olaraq dost və tərəfdaş ölkələrin müstəqillik və ya digər əlamətdar günləri münasibətilə həmin ölkələrin bayraqlarının rəngləri ilə işıqlandırılır.

Xəbərlər