214
Bu gün 18 oktyabr — 15:45

Türkiyə parlamentinin sədri Bakıya gəldi

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Virtualaz.org bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Böyük Millət Məclisi Sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Mustafa Şəntopu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbərlər