632
Bu gün 17 oktyabr — 17:14

Ordumuz düşmənin çoxsaylı “Qrad” qurğularını, tanklarını və digər texnikasını məhv etdi

Azərbaycan ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin çoxsaylı “Qrad” qurğularını, tanklarını və digər zirehli texnikasını məhv edib. Bu barədə Müdafiə Nazirliyi videokadrlar yayıb. Kadrlara əsasən düşmən hərbi texnikasının bir çoxu səngərdə, atəş mövqeyində gizlədilsə də üstü açıqdır, yəni Azərbaycanın pilotsuz təyyarələri onları aydın görə bilir. Lakin kadrlardan o da görünür ki, düşmən pilotsuz təyyarələrdən hansısa yolla qoruna bilmək üçün bəzi hallarda texnikanı gizlətməyə çalışıb, relyefdən seçilməməsi üçün üstünü ağaclarla örtüb. Lakin bu kütbeyin fənd də Azərbaycan ordusunun dron operatorlarını aldada bilməyib və düşmənin “uğurla gizlətdiyi” texnikalar da darmadağın edilib.

 

Xəbərlər