1075
Bu gün 11 oktyabr — 14:17

“Qoy Paşinyan Putinə minnətdar olsun, yenə Ermənistanı xilas elədi…”

“Ermənistanda hakimiyyətə yeni rəhbərlik gələndə onunla ilk təmaslar ümidverici idi, mən artıq bu haqda danışmışam. Lakin sonar tamamilə tərsi baş verdi, biz özümüzü aldadılmış hiss etdik. Biz başa düşürük ki, düşmənlə danışıqlar aparırırq, lakin hətta rəqiblə, düşmənlə də dürüst olmaq lazımdır , heç olmasa öz sözünə hörmət eləmək üçün. Və bu baş verəndə təbii ki, bu mənasız fəaliyyəti davam etdirməyə bizdə həvəs qalmadı. Hər sözü yalan olan opponentlə nə danışmaq olar, əgər bu yalan dünya KİV-lərində, bütün dünyada da tirajlanırsa? Yəqin onlar öz ölkələrində yalan danışmağa vərdiş ediblər, lakin internet əsrində tarix haqda, münaqişənin mahiyyəti haqda yalan danışırsansa bunun üstü tezliklə açılacaq”,-Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK agentliyinə müsahibəsində belə deyib.

 

 

Başda Nikol Paşinyan olmaqla Ermənistan hökuməti ilə gələcəkdə danışıqların bərpası imkanları haqda danışan İlham Əliyev bildirib: “Mən belə imkanı istisna etmirəm, lakin bunun üçün müəyyən şərtlər olmalıdır. İndiki mərhələdə mən bunu məhsuldar hesab etmirəm, əksinə. Erməni rəhbərliyi nəhayət başa düşməlidir ki, Azərbaycanla ultimatum, təhqir və şantaj dilində danışmaq olmaz. Mən özümlə belə tonda danışmağa heç vaxt  imkan verməmişəm, heç kimə, nə ölkə daxilində, xüsusən də xaricdə. Lakin Paşinyan bizə ultimatum irəli sürəndə, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzasını almalıydı və biz də bunu elədik. Və qoy o Putinə minnətdar olsun ki, növbəti dəfə Rusiya Ermənistanı xilas etdi”.

 

Xəbərlər